29 Mart 16:01
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya ordusu üçün 100 illik qadağa aradan qaldırılıb. Yeni qərara əsasən, krallıqda hərbçilərə saqqal saxlamağa icazə verilir.

Teleqraf.com xəbər verir ki, quru qoşunlarının zabit və əsgərlərinə saqqal saxlamağa icazə verən fərmanı Böyük Britaniya silahlı qüvvələrinin baş komandanı, Kral III Çarlz imzalayıb.

Fərman bu gündən qüvvəyə minir, bununla hərbçilərə Pasxa bayramı zamanı vəzifədən kənar saqqal uzatmaq üçün vaxt tanınacaq.

Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulu probleminin müzakirəsi ilə bağlıdır. Müdafiə naziri Qrant Şapps müzakirələr zamanı xüsusilə saqqal saxlamağın qadağan edilməsinin gülünc olduğunu bildirib. Əslində, Britaniya Hərbi Hava və Dəniz Qüvvələrində xidmət edən hərbçilərə saqqal saxlamağa icazə verilir.

Fərmanda qeyd olunur ki, saqqal səliqəli olmalı, səliqəli hərbi görünüşün prinsip və standartlarına cavab verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu