31 Mart 08:39
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında, Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən Aazaz şəhərində bazar meydanında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 10 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.

Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Ehtimal var ki, xilasedicilər dağıntıları təmizləməyə davam edəndə ölən şəxslərin sayı arta bilər.

Hadisədə 23 nəfər yaralanıb, onlar yerli xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com