Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Dəymiş ziyanla bağlı məlumat verilmir. Hücum zamanı ad-Dbeybanın özünün iqamətgahda olub-olmadığı hələlik məlum deyil.