Qəzza zolağında yerləşən 98-ci briqadanın bölmələrinin Xan Yunisdən çıxarılması bu şəhərdə Fələstinin "HƏMAS" hərəkatının hərbi strukturunun məhv edilməsi əməliyyatının başa çatması ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
O, həmçinin qeyd edib ki, hərbçilər sektorun cənubundakı Rəfah əməliyyatları da daxil olmaqla, yeni vəzifələrə hazırlaşmaqda davam edir. "Həmas şəhərdə hərbi mövcudluğunu dayandırdıqdan sonra biz qüvvələrimizi Xan Yunisdən çıxardıq. Qoşunlarımız gələcək missiyalara, o cümlədən Rəfahdakı missiyaya hazırlaşmaq üçün ərazini tərk ediblər", - deyə nazir bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.