İki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ pilot-kosmonavtı, polkovnik-leytenant Vladimir Aksyonov 90 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyinin ("Roskosmos") mətbuat xidməti məlumat yayıb.
"Roskosmos"un rəhbəri Yuri Borisov yaxınlarına başsağlığı verib.
V.Aksyonov “Soyuz-22” və “Soyuz T-2” kosmik gəmilərində göyərtə mühəndisi olub.
O, ilk uçuşunu 1976-cı ildə edib.