Ukrayna və Latviya dövlətləri arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında bildirib.
Bildirilir ki, müqaviləyə əsasən Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Latviya kibermüdafiə, minalardan təmizləmə və dron texnologiyaları sahəsində Ukraynaya dəstək vermək üçün 10 illik öhdəlik götürür. Bu sənəd, həm də Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa töhfə verəcək.