15 Aprel 11:54
6 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Çasiv Yarı Avdiv və Baxmut şəhərlərindən daha sürətli ələ keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, Rusiya qüvvələri mayın 9-dək (Qələbə günü) Donetsk vilayətinin Çasiv Yar şəhərini bütövlükdə ələ keçirməyə vaxtları olmaya bilər. Amma şəhərin şərq hissəsinə daxil olmaları ehtimalı var.

ABŞ institutuna görə, Ukrayna ordusunun artilleriya və hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı ruslara şəhərin ələ keçirilməsi əməliyyatı zamanı daha sürətlə irəliləməyə imkan verəcək.

ISW Ukrayna Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin Rusiya hərbi komandanlığının Qələbə günü öncəsi Çasiv Yarı ələ keçirmək əmri ilə bağlı bəyanatını da xatırladıb.

Amerikalı ekspertlərin fikrincə, Rusiyanın Çasiv Yarı cəmi üç həftə yarıma ələ keçirmək məqsədi onun Baxmut və Avdivlə müqayisədə şəhəri daha sürətli ələ keçirə biləcəyinə inandığını göstərir.

Artıq Rusiya qüvvələrinin şərq istiqamətindən Çasiv Yara yaxınlaşdıqları bildirilir.

“Rusiya hərbi komandanlığı Çasiv Yara hücum əməliyyatlarını kulminasiya nöqtəsinə qədər davam etdirəcək. Ukraynada artilleriya və hava hücumundan müdafiə vasitələrinin çatışmazlığını nəzərə alaraq ruslar əvvəlki əməliyyatlarla müqayisədə daha sürətli irəliləyə bilərlər”, - təhlildə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər