16 Aprel 10:23
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz Çinə səfəri zamanı Tonji Universitetinin tələbələri ilə görüşüb. Görüş zamanı tələbələrdən biri tezliklə Berlinə təhsil almağa gedəcəyini və orada hər yerdə narkotikdən istifadə olunmasından ehtiyat etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, çinli tələbə Almaniyada marixuananın leqallaşdırılması ilə bağlı aprelin 1-dən qüvvəyə minmiş qanuna istinad edib.

Marixuana Çində qəti qadağandır. Tələbə “heç vaxt narkotiki sınamaq istəmirsə və səhhətini riskə atmaq istəmirsə” nə etməli olduğunu soruşub.

Sual Almaniya kanslerini təəccübləndirib. “Sadəcə istifadə etmə”, - deyə Şolz cavab verib. O qeyd edib ki, 66 yaşı var və heç vaxt marixuana çəkməyib.

“Əgər Berlində oxuyursansa, həmişə bundan qaça bilərsən və belə bir iş görənə heç vaxt rast gəlməyəcəksən”, - Şolz vurğulayıb.

Kanslerin sözləri zalda gülüşə səbəb olub. Şolz bununla Almaniyada hər kəsin yeni qanuna görə marixuana çəkməyə başlayacağı təəssüratını dağıtmağa çalışıb. Şolz əmin olduğunu bildirib ki, yeni qanun marixuana istehlakını azaldacaq, nəinki əksinə.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər