20 Aprel 22:25
3 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, o cümlədən 9,1 milyard dolları humanitar ehtiyaclar üçün alacaq, daha 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək.

ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün planlaşdırılmamış sessiya çərçivəsində Ukraynadan əlavə İsrail, Tayvana dəstək, habelə Rusiya Federasiyası və İrana qarşı sanksiyaların sərtləşdirilməsini özündə əks etdirən qanun layihələrinin siyahısını da nəzərdən keçirməyə başlayıb.

Qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var.


Müəllif: Pərvin Cəfərova