23 May 00:12
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazinin ətrafında hasar çəkmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.

Nazir qeyd edib ki, “Tallinn Saatse Boot” adlanan ərazidə Şərq sərhədinin yaradılması üzrə aparılan işlər genişləndiriləcək.

“Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Biz bu hasarı tikməliyik. Hökumət bunun üçün vəsait ayırmalı olacaq. Təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var”. - o bildirib.


Müəllif: Teleqraf.com