Dərbənddə təhlükəsizlik qüvvələri şəhərdə silahlıların qarşısını kəsib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hazırda silahlılar “Xəyal” restoranının yanındakı binalardan birində məskunlaşıblar. Təhlükəsizlik əməkdaşları ərazini mühasirəyə alaraq silahlıların qarşısını kəsiblər.
Daha əvvəl Dərbənddə antiterror əməliyyatı rejimi tətbiq edildiyi bildirilmişdi.
Həmçinin qeyd olunur ki, Mahaçqalada kilsə üzvləri silahlılardan gizlənmək üçün barrikada qurublar. Kilsədən kənarda isə döyüşlər davam edir.
Qeyd edilir ki, Kilsənin içində silahlılar yoxdur. Dağıstanın Daxili İşlər Nazirliyi isə girovların olduğunu inkar edir. Nazirlikdən Nazirliyi Mahaçqalada toqquşmaların davam etdiyini bildirir. Şəhərdə 4 silahlı məhv edilib.
Hazırda yaraqlıların hücumundan sonra Dağıstanda ölənlərin sayı 9-a çatıb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Qurbanların ümumi sayı 25 nəfərdir.