24 İyun 01:00
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qarşılaşmada hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status kvo"nu bərpa edib.

Bu nəticənin ardından A qrupundakı xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.

23:32

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 28-ci dəqiqədə Dan Ndoye isveçrəliləri hesabda önə keçirib.

Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü start götürüb.

A qrupunun oyunu Frankfurtdakı "Valdştadion"da keçirilir.

Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər