24 İyun 01:04
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstana A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü start götürüb.

Teleqraf.com xəbər verir ki, A qrupunun oyunu Ştutqartdakı "MHP Arena"da keçirilir.

Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.


Müəllif: Teleqraf.com