1 İyun 20:07
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran helikopterin qəzaya uğramasından sonra göstərdiyi köməyə görə Türkiyəyə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“Helikopterin qəzası məsələsində İran bizə təşəkkür etdi” sualına müdafiə naziri qısa cavab verib: “Bəli, təşəkkür etdi”.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər yüksək vəzifəli şəxsləri daşıyan helikopter qəzaya uğrayıb. Hadisədən salamat çıxan olmayıb.

Qəzadan sonra Rəisinin qəzaya uğrayan helikopterinin qalıqlarını kimin tapması məsələsi Tehranda mübahisələndirilmişdi. Dünyanın canlı yayımda izlədiyi axtarışlar zamanı helikopterin yerini Türkiyənin “Akıncı” PUA-ları təsbit etsə də, İran ordusunun Baş Qərargahı bunu öz adlarına çıxmışdı. Türkiyə müdafiə nazirinin son açıqlaması bu məsələdə nöqtə hesab edilə bilər, yəni mübahisəyə ehtiyac yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər