ABŞ-nin Kaliforniya ştatında sərhədçilər keçmiş SSRİ-nin bir sıra ölkələrindən olan qeyri-qanuni miqrantların dərhal deportasiyası barədə göstəriş alıb. Söhbət Gürcüstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Post” rəsmi mənbələrə istinadla məlumat yayıb.
Qərara görə, sərhədi qeyri-qanuni keçən şəxslər ABŞ-də mühakimə olunana qədər sərbəst buraxılsalar da, sığınacaq ala bilməyəcəklər. Sərəncam yalnız hazırda qeyri-qanuni miqrasiya üçün ən yaxşı bölgə olan San-Dieqoya şamil edilir.
Göstəriş ABŞ Prezidenti Co Baydenin qeyri-qanuni mühacirlərin Amerikadan sığınacaq istəməsini qadağan edən sərəncamı fonunda verilib. Sənədə əsasən, qanunsuz miqrantlar sürətləndirilmiş qaydada öz ölkələrinə deportasiya olunacaqlar.