11 İyun 14:50
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki nüvə dövləti – Pakistanla Hindistan arasında gərginlik beynəlxalq aləm üçün ciddi problemə çevrilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə əzəli rəqiblər Hindistanla Pakistan arasındakı son gəlişmələrə diqqət çəkilir:

“İllərlə Pakistanla Hindistan arasında gərginlik hökm sürüb. İndinin özündə də həllini gözləyən məsələlər var. Ancaq iki dövlət dialoqdan da imtina etmir. Şahbaz Şərif Pakistanın baş naziri seçildikdən sonra Hindistan Baş naziri Narendra Modi onu təbrik etmişdi. Modi təbrikdə ölkəsinin bölgədə sülh və sabitlikdə maraqlı olduğunu yazmışdı.

“Biz xalqlarımızın rifahı üçün çalışmalıyıq”, - söyləyən Modi ikitərəfli münasibətlərin inkişafına ümid etdiyini bildirmişdi.

Növbə Şahbaz Şərifə çatıb. Pakistan baş naziri Modini Hindistanın üçüncü dəfə baş naziri seçilməsi münasibətilə təbrik edib. Şərif təbrik məktubunda bunları yazıb: “Narendra Modinin üçüncü dəfə vəzifəyə başlaması münasibətilə səmimi təbriklərimi bildirirəm. Partiyanızın son seçkilərdə qazandığı uğur xalqın rəhbərliyinizə inamını əks etdirir. Gəlin nifrəti ümidlə əvəz edək və bu fürsətdən istifadə edək ki, xalqlarımızın taleyini formalaşdıraq”.

Modi pakistanlı həmkarının mesajını yüksək qiymətləndirdiyini bildirib və Hindistan xalqının hər zaman sülh, təhlükəsizlik və mütərəqqi sahələrin tərəfdarı olduğunu qeyd edib.

Pakistanla Hindistan arasında münasibətlərin normallaşması hər iki tərəfin maraqlarına cavab verir. İki nüvə dövləti arasında gərginlik beynəlxalq aləm üçün də ciddi problemə çevrilə bilər. Buna görə də Dehli ilə İslamabad arasında dialoqun davamına ehtiyac var. Bu baxımdan, iki ölkə liderlərinin bir-birlərini təbrik etmələri beynəlxalq aləmdə də müsbət qarşılanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər