14 İyun 11:08
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xarkovdan şimalda itirilmiş mövqelərini bərpa edərək, Qlıbokidən cənub-şərqdə əks hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə bildirir ki, Ukraynanın davamlı əks-hücumları bölgədəki Rusiya qüvvələrinin işini çətinləşdirir.

Rusiya mənbələri isə Ukrayna ordusunun Vovçansk və ətrafında əks-hücuma keçməsi haqda məlumat yayıb. Amma iddiaya görə, Rusiya qoşunları Vovçanskın şimalında 1.8 km irəliləyiblər.

Rusiyanın Xarkovun şimalında ehtiyatları səfərbər etdiyi ehtimal olunur. Amma ehtiyatların həcmi naməlumdur.

Ukrayna Silahlı Qüvvələrinin Xarkov qruplaşmasının sözçüsü Yuri Povx bildirib ki, ruslar bölgədə ələ keçirdikləri mövqelərin ətrafında istehkamlar qurmağa çalışırlar. Rusiya ordusu iyunun 12-13-də Qlıboki, Vovçansk və Tıxi yaxınlığında nəticəsiz hücum həyata keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər