16 İyun 17:01
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, iclasın təşkilatçıları sənədi təsdiqləyən ölkələr siyahısını dərc ediblər.

Siyahıya əsasən, sənədi dəstəkləyən ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur.

İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ isə siyahıda yer alıb.

Kommunikedə vurğulanır ki, nüvə enerjisindən istifadə təhlükəsiz olmalıdır, ərzaq təhlükəsizliyi pozulmamalıdır, gəmilərə və limanlara hücumlar qəbuledilməzdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər