Bu ilin əvvəlindən 30 mindən çox xarici vətəndaş Rusiyadan çıxarılıb ki, bu da 2023-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkədə miqrantlarla əlaqədar bir həftə ərzində həyata keçirilən “Qeyri-leqal 2024” əməliyyatının təkcə birinci mərhələsində 50 mindən çox qanun pozuntusu aşkarlanıb, 9 minə yaxın əcnəbi vətəndaş Rusiyadan inzibati qaydada çıxarılaraq deportasiya edilib.
Bundan əlavə, əcnəbiləri qanunsuz işə cəlb edən 6 mindən çox sahibkara qarşı inzibati cəza tətbiq edilib, qeyri-qanuni miqrasiyanın təşkili və saxta miqrasiya qeydiyyatı ilə bağlı 2 minə yaxın cinayət işi başlanıb.