Yapon İmperator Ordusunun əsgəri olmuş 93 yaşlı Hideo Şimizu 70 il öncə hərbidə olduğu zaman baş verən
dəhşətlər barədə etiraflar edib.
Teleqraf.com xəbər verir ki, 93 yaşlı Şimizu 14 yaşında İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın o zamankı işğalı altında olan Mancuriyanın Harbin şəhərinə kursant kimi göndərilib.
Şimizuo həmin dövrdə İmperator Ordusunun hamilə qadınlar və uşaqlar da daxil olmaqla, müharibə əsirləri üzərində vəhşi sınaqların aparılmasında iştirak edib.
O, əsir düşmüş çinli mülkilərdən, rus, ingilis və amerikalı hərbi əsirlərdən ibarət 3000-dən çox insan üzərində qeyri-insanı sınaqların aparıldığı, orda olan əsirlərlə heyvan kimi davranıldığını deyib.
70 ildən sonra susqunluğunu pozan Şimizu diri-diri parçalanan, vəba xəstəliyinə yoluxan və işgəncə laboratoriyalarında donvurma ilə müalicə olunan əsirlər haqqında bildiklərini danışıb.
Onun sözlərinə görə, xidmət etdiyi 731-ci bölmə 1936-cı ildə indiki Çinin şimal-şərqindəki Harbin şəhərində insan bədəni üzərində araşdırmalar aparmaq üçün qurulub.