1 İyul 23:58
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayın mənşəyinin ən geniş yayılmış nəzəriyyəsi böyük partlayışla bağlıdır.

Teleqraf.com xəbər verir ki, "Apollon" missiyalarından gətirilən ay nümunələrində karbonun aşkarlanması da bu nəzəriyyəni təsdiqləyir.

Bu nəzəriyyəyə görə, təxminən 4,5 milyard il əvvəl Yerin başqa bir planetlə toqquşması nəticəsində Ay yaranıb. Ancaq bu nəzəriyyə yaxın günlərdə inkar oluna bilər. Bunun səbəbi Çin alimlərinin təxminən dörd il əvvəl "Change-5" missiyası tərəfindən Aydan toplanan nümunələrdə qrafenin aşkarlanmasıdır. Araşdırmaya rəhbərlik edən alimlərə görə Ayda qrafenin varlığı onun planetlərin toqquşması nəticəsində yaranması versiyasına ziddir.

Qrafen karbonun saf formasıdır. Bu karbonun mənşəyini daha dərindən araşdırmaq üçün Çin tədqiqat qrupu daha yeni nümunələrə ehtiyac olduğunu bildiriblər. Bu nümunələrin təxminən 2 milyard yaşı var. Məqsəd Ayda olan yerli karbonun kristal quruluşunu aşkar etməkdir.


Müəllif: Arzu

Oxşar xəbərlər