2 İyul 03:07
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın bəzi şəhərlərində baş verən hadisələrdən sonra Azad Suriya Ordusu (ASO) Türkiyəyə qardaşlıq mesajı verib.

Teleqraf.com xəbər verir ki, Suriyanın Azez, Əl-Bab və Afrin şəhərlərində təhlükəsizliyi təmin edən Azad Suriya Ordusunin yaydığı videoda Türkiyə və Suriya müxalifətinin bayraqlarını qaldırılıb. Videoda “bayrağımız bir, düşmənimiz bir, qardaşıq” ifadəsi yer alıb.

ASO Suriyadakı etirazçıları təxribata uymamağa çağırıb.

Qeyd edək ki, bu gün Suriyanın Hələb şəhərindən Türkiyəyə gələn TIR-lar yandırılıb. Poçt şöbəsinə və polis bölməsinə hücum zamanı Türkiyə bayrağı iğtişaşçılar tərəfindən yandırılıb. Əraziyə gələn hərbçilərə iğtişaşçılar tərəfindən daş və əyənəklərlə hücum edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər