1 İyul 23:07
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun "Başakşehir Çam və Sakura" xəstəxanasında nüvə sızması hadisəsi baş verib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, xəstəxana faktı təsdiqləyib.

Xəbərdə qeyd edilib ki, nüvə sızıntısı ilə bağlı xəstəxana işçisi Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.

Müraciətdə sızıntının gizlədilməsi ilə bağlı göstərişin səhiyyə məmuru tərəfindən verildiyi bildirilib.

Xəstəxana məsələ ilə bağlı açıqlamaya yayıb. Açıqlamada hadisənin tullantıların yığıldığı çənlərdə baş vermiş texniki nasazlıqdan baş verdiyi bildirilib.

Xəbərdə qeyd edilib ki, sızmanı təmizlik işçisi aşkar edib və iki gün davam edib.


Müəllif: Arzu

Oxşar xəbərlər