Suriyanın şimalında terrorçulardan təmizlənmiş ərazilərdə yerli əhalinin hücumuna məruz qalan TIR-lar Türkiyəyə qayıdıb.
Teleqraf.com xəbər verir ki, ötən gün axşam saatlarında Suriyanın terrorçulardan təmizlənmiş ərazilərində iğtişaşlar baş verib.
İğtişaşlar Suriyanın Azez, Əl-Bab və Afrin şəhərlərində baş verib. Hadisələr zamanı bir qrup təxribatçı Türkiyədən gələn yük maşınlarına hücum edib.
Sosial şəbəkələrdə yerləşdirilən görüntülər ölkəyə qayıdan yük maşınlarına ciddi ziyan dəydiyi, şüşələrinin qırılıb. Görüntülərdə 1 sürücünün başından daşla vurulduğu da görülür.
İğtişaşlara səbəb Türkiyədə azyaşlı suriyalının cinsi təcavüzə məruz qalmasıdır.