1 İyul 19:09
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fərat qalxanı” əməliyyatı nəticəsində Türkiyə ordusunun nəzarətinə keçən Suriya ərazilərində gərginlik pik hədd çatıb.

Teleqraf.ocm xəbər verir ki, buna səbəb Türkiyənin Kayseri şəhərində 5 yaşlı suriyalı qıza başqa bir əcnəbi tərəfindən təcavüz olunması və bunun doğurduğu iğtişaşlardır.

Suriyanın Azez rayonunda təxribatçı qruplar Türkiyədən meyvə-tərəvəz daşıyan yük maşınlarına hücum ediblər. Digər qrup Türkiyə ordusunun istifadə etdiyi binaya girməyə cəhd edib. Gərginliyin artması zamanı türk əsgərləri nümayişçiləri qərargahdan çıxarmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıblar. Qrup yük maşınlarına daş ataraq onlara ziyan vurub.

Təxribatçı qruplar təkbir (Allahu əkbər) səsləndirərək bəzi binalardakıTürkiyə bayraqları endirib, mülki türkləri çıxarıblar.

Təxribatın qarşısını almaq üçün Türkiyə hərbi qüvvələri hərəkətə keçib.


Müəllif: Arzu

Oxşar xəbərlər