2 İyul 00:49
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar paytaxt Astana başda olmaqla, Almatı, Qaraqandı və Kokşetau şəhərlərində terror təhlükəsi “sarı” səviyyəyə qaldırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, 2-4 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyəti paytaxt Astanaya gələcək.Xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Məlumatda o da qeyd edilib ki, Astana, Almatı, Qaraqandı və Kokşetau şəhərlərində 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta dərəcəsi hesab olunan “sarı” səviyyə elan olunacaq. Bu müddətdə müəyyən rayonlarda, ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacaq. Polis hava limanları, metro, avtovağzallar, dəmir yolu stansiyalarında gücləndirilmiş iş rejiminə keçəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər