2 İyul 10:01
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti yay günləri və ətraf mühit faktorları son illərdə dəri xərçəngi hallarını artırıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər son illər dəri xərçənginin üç növünün aşkarlandığını bildirirlər.

Bunlar bazal hüceyrəli karsinoma (BHK), skuamöz hüceyrəli karsinoma (SHK) və melanoma. BHK və SHK dəri xərçənginin ən çox yayılmış növləridir və adətən günəşə məruz qalan yerlərdə müşahidə olunur. Melanoma dəri xərçənginin ən təhlükəli növü sayılır.

Mütəxəssislər dəri xərçənglərində erkən diaqnozun həyati əhəmiyyət daşıdığını bildirir və bu xəbərdarlıqları edirlər:

Dərinizi mütəmadi olaraq yoxlamaq vərdişini inkişaf etdirməlisiniz. Dərinizdə yeni ləkələr, mövcud çillər və ya mollarda dəyişikliklər gördükdə dərhal həkimə müraciət etməlisiniz.

Saat 11.00-15.00 arası çölə çıxmayın.

Günəş qoruyucu kremlərdən istifadə edin: günəşə çıxmazdan 30 dəqiqə əvvəl dərinin açıq bölgələrinə günəş kremi çəkin və hər 2-3 saatdan bir təkrar çəkin.

Qoruyucu paltar geyinin: dərinizi tünd rəngli, sıx toxunmuş paltarlar, geniş kənarlı papaqlar və ultrabənövşəyi şüalardan qoruyan eynək taxaraq qoruyun.

Kölgədə durun: kölgə günəşdən qorunmağın ən sadə və təsirli üsullarından biridir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər