5 İyul 08:00
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin “Tianhui 5-02” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti yazır.

Qeyd olunur ki, qurğunun buraxılışı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Qəzetin yazdığına görə, “Tianhui 5-02” coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi araşdırmalar üçün istifadə ediləcək.

Bundan əvvəl Çinə məxsus daşıyıcı raket dağlarda qəzaya uğramışdı.


Müəllif: Teleqraf.com