ABŞ oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə Gürcüstanda hakimiyyət dəyişikliyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.
“Prezident Salome Zurabişvili ölkədə hakimiyyət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rolu oynayacaq”, - Rusiya kəşfiyyatı bildirir.
Hesabata əsasən, amerikalı kuratorlar artıq Gürcüstan müxalifətinə seçkilərə təsadüf edəcək etiraz aksiyaları planlaşdırmağı tapşırıblar.