10 İyul 15:47
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxır.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.

Alman diplomat Gürcüstanın Avropa Birliyinə (AB) üzvlük prosesinin çətinə düşdüyünü bildirib.

Fişer xatırladıb ki, Avropa Şurası ölkənin AB-yə üzvlük prosesinin dayandırılması barədə qərar qəbul edib:

“Bu, çox üzücüdür, çünki hər şey başqa cür ola bilərdi, çox sürətlə irəliləyə bilərik, irəli getmək istəyirik, amma üzvlük prosesinin sürəti və keyfiyyəti onların əllərindədir.

Almaniyaya gəlincə, Gürcüstanla da münasibətlərimizə yenidən baxırıq. Bizim çox geniş və dərin əlaqələrimiz var. ABŞ ilə birlikdə biz Gürcüstanın inkişafı üçün əməkdaşlığın ən böyük donorlarından biriyik. Gürcüstan qarşısında heç bir yeni öhdəlik götürməmək qərarına gəlmişik, ona görə də hazırda Almaniyadan Gürcüstan üçün yeni maliyyə öhdəlikləri yoxdur.

Almaniya silahlı qüvvələri də Gürcüstanla təlimlərdə iştirakını ləğv edib. Keçən il Tiflisdə baş tutan və bu yay Berlində keçirilməli olan böyük konfransı ləğv etdik. Növbəti addımları nəzərdən keçiririk”.

Qeyd edək ki, bundan əvvəl ABŞ də Gürcüstanla əlaqələrin nəzərdən keçirildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər