11 İyul 19:11
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Baş nazirinin müavini Petra De Sutter üzvü olduğu partiyanın Fələstinin tanınması üçün təklifi federal parlamentə təqdim edib.

Teleqraf.com xəbər verir ki, nazir müavini bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

​​De Sutter Qəzza və İordan çayının qərb sahilində davam edən şiddət və humanitar böhrana diqqət çəkərək, hücumlar nəticəsində son 9 ayda 38 mindən çox insanın həyatını itirdiyini xatırladıb.

Belçikanın hələ 2023-cü ilin noyabrından Fələstin dövlətinin tanınması üzərində işlədiyi elan edilmişdi.


Müəllif: Arzu

Oxşar xəbərlər