Ukrayna ordusu ABŞ və Avropa silahları ilə gücləndirilib və Rusiya ilə vəziyyəti bərabərləşdirib. Bununla belə, cəbhədə durum dalana yaxındır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” NATO rəsmilərinə istinadla yazır.
“Ukrayna müdafiəsi üçün lazım olan avadanlıq və silahları Qərbdən almağa davam edəcək. Düşünürəm ki, bununla cəbhəni sabitləşdirə bildilər, amma müharibə bu ilin sonuna qədər dalana dirənəcək. Gözləntimiz budur”, - NATO-nun yüksək rütbəli rəsmisi nəşrə deyib.