12 İyul 21:57
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Pekinin Rusiyanın müdafiə sənayesini dəstəkləməsi ilə bağlı etirazlarına Çinin Xarici İşlər naziri Vanq Yi reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazir Vanq hollandiyalı həmkarı Kaspar Veldkampla telefon danışığı zamanı NATO-nun etiraz bəyanatlarını qəbul etmədiklərini bildirib: "Çin ilə NATO ölkələrinin fərqli siyasi sistemləri var, amma bu o demək deyil ki, biz qarşıdurma şəraitində olmalıyıq".

Nazir Veldkamp isə bildirib ki, Çin-Hollandiya münasibətləri hazırda güclü və möhkəmdir.

Çinin Hollandiyanın Asiyada əsas iqtisadi və ticarət tərəfdaşı olduğuna diqqət çəkən Veldkamp ​​iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişaf edəcəyini söyləyib.


Müəllif: Arzu