Çexiya Ukraynanın Daxili İşlər Nazirliyinin müharibədə iştirak edən hərbi birləşmələrini hərbi texnika ilə təchiz edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Çexiyada səfərdə olan Ukraynanın daxili işlər naziri İqor Klimenko “Teleqram” kanalında yazıb.
Nazir çexiyalı həmkarı Vit Rakuşan ilə görüşünə də də toxunub. Bildirib ki, danışıqlarda bu və digər məsələlər nəzərdən keçirilib.
Sonda İ. Klimenko rəsmi Praqaya Ukrayna vətəndaşlarının ölkəsinə qayıtmasında göstərilən dəstəyə görə təşəkkür edib.