16 İyul 20:37
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) ölkələrində keçirilən seçkilərdən sonra Avropa Parlamenti Baş Assambleyası Strasburqda toplanıb.

Teleqraf.com xəbər verir ki, 720 millət vəkilinin qatıldığı iclasda növbəti 5 il üçün Avropa Parlamentinə sədr seçilib.

Hazırkı prezident, Avropa Xalq Partiyasının (APP) namizədi Roberta Metsola ilə Sol Qrupdan olan ispaniyalı deputat İrene Montero arasında seçim edən deputatların mütləq əksəriyyət Metsola səs verib.

Qapalı səsvermədə Metsola 562, Montero isə 61 səs toplayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər