"Telegram" komandası Pavel Durovun Fransada saxlanmasına ilk dəfə cavab verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, komanda Pavelin gizlədəcək heç nəsinin olmadığını bildirib.
“Telegram"ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur, o, tez-tez Avropanı gəzir. Platformanın və ya onun sahibinin ondan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”.
Yazıda vurğulanır ki, Telegram dezinformasiya və qeyri-qanuni məzmunla mübarizə üçün ciddi qaydalar təmin edən Rəqəmsal Xidmətlər Aktı (DSA) daxil olmaqla, Aİ qanunlarına uyğundur.
Komanda əlavə etdi ki, Durovun Parisdə saxlanması ilə bağlı vəziyyətin həllini gözləyirlər.