"Telegram" messencerinin yaradıcısı Pavel Durovun Parisdəki sevgilisi Yuliya Vavilovanın qohumları onun yoxa çıxması barədə məlumat veriblər.
Teleqraf.com xəbər verir ki, iş adamı saxlanılandan sonra qızla əlaqə yaratmaq mümkün olmayıb.
Vavilova iki gün əvvəl anası ilə danışıb. Pavel Durov saxlanılandan bəri o, zənglərə cavab vermir. Bildirilib ki, Yuliya Vavilova Durovu Qazaxıstanda və Azərbaycanda bütün səfəri boyu müşayiət edib.