25 Avqust 12:15
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim Misirdə pişiklər təkcə ev heyvanı deyil, həm də müqəddəs varlıqlar hesab olunurdu.

Teleqraf.com xəbər verir ki, pişiklərin xüsusi mövqeyə sahib olmasının səbəblərini tapmaq bizə Misirin dini və sosial quruluşunu daha yaxşı başa düşməyə kömək edir.

Misirdə pişiklərə böyük qayğı göstərilib, hətta öləndə onlar üçün xüsusi məzarlar inşa edilib. Bu məzarlardan da aydın olur ki, pişiklər Misir mədəniyyətində xüsusi rola sahib olublar.

Pişiklər hətta Misir mifologiyasında da yer almışdır. Belə ki, ailə, məişət, bolluq və məhsuldarlıq ilahəsi Bastet pişik şəklində təsvir edilmişdir. O misirlilərin pişiklərə olan sevgisini və hörmətini simvolizə edirdi.

Qədim Misirlilər həmçinin pişiklərin sehrli olduğuna və onlara uğur gətirdiyinə inanırdılar. Bu inanc varlı ailələrin pişikləri zinət əşyaları ilə bəzəməsi kimi məqamlarda öz əksini tapıb.

Misirlilərin pişiklərə olan dərin sevgisi onların ölümündən sonra da davam edib. Pişiklərin mumiyalanması və basdırılması onların cəmiyyətdəki yerinin nə qədər yüksək olduğunu göstərir. Həmçinin bu heyvanların ödürən şəxslər ölümlə cəzalandırılırdı.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər