25 Avqust 19:35
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cümhuriyyət irsinin yorulmaz tədqiqatçısı, professor Nəsiman Yaqubluya Allahdan rəhmət diləyirik.

***

Tanınmış professor Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının funksioneri Arif Hacılı məlumat verib.

N.Yaqublu Partiyanın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi olub.

O, Füzuli xəstəxanasına yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər