25 Avqust 22:36
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında IV turun son görüşü "Zirə" və "Şamaxı" komandaları arasında keçirilib.

Teleqraf.com xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels “Zirə”nin qapısından keçirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” “Qarabağ”ı 1:0, “Sabah” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” - “Neftçi” görüşündə heç-heçə qeydə alınıb - 1:1. Hazırda "Turan Tovuz" 10 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər