Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin məlumatına görə, “İskəndər-M” operativ-taktiki raket kompleksinin baş konstruktoru Oleq Mamaliga 91 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, Oleq Mamaliga 4 aprel 1933-cü ildə hərbçi ailəsində anadan olub. Leninqrad Hərbi Mexanika İnstitutunda raket mühəndisliyi ixtisasına yiyələnib. .
Yaradılmasında Oleq Mamaliganın iştirak etdiyi ilk layihə 1960-cı ildə istifadəyə verilmiş "Şmel" tank əleyhinə idarə olunan raketdir. "Kommersant" xəbər verir ki, onun iştirakı ilə "Гном" qitələrarası raket, "Точка", "Ока" və "Ока-У" taktiki və əməliyyat-taktiki raket kompleksləri də yaradılıb.