25 Avqust 19:00
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi beysbolçu Beyb Rutun 1932-ci ildə Dünya Seriyası zamanı geyindiyi forma hərracda satılan ən bahalı idman xatirə əşyası olub.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, keçmiş idmançının forması 18,1 milyon funt-sterlinqə (24,12 milyon dollar) öz alıcısını tapıb.

1920-ci ildə "Boston Red Soks"dan "Nyu-York Yankis"ə transfer edilən beysbolçu, bu formanı 1932-ci ildə "Çikaqo Kabs"a qarşı Ümumdünya Seriyasının üçüncü oyunu zamanı geyinmişdi. Həmin matç idmançı üçün Dünya Seriyasında sonuncu olub. Bütün zamanların ən yaxşısı hesab edilən B.Rut yeddi dəfə Dünya Seriyasının qalibi adını qazanıb.

1935-ci ildə karyerasını bitirən idmançı, 1948-ci ildə 53 yaşında vəfat edib.

Qeyd edək ki, əvvəlki rekord məşhur basketbolçu Maykl Cordana məxsus idi. "Çikaqo Bullz"un heyətində olarkən (1998) M.Cordanın NBA-nın finalında geyindiyi forma 2022-ci ildə 7,64 milyon funt-sterlinqə (10,1 milyon dollar) satılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər