Ukraynanın artilleriyası NATO ilə uyğunlaşdırılacaq, qoşunlar isə üzv olmadığımız alyansda döyüş effektivliyinə görə ikinci yerdə olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba sosial şəbəkə hesabında yazıb.
“Artilleriya silahlarımızın vəziyyəti NATO ilə uyğunlaşdırılacaq, qoşunlarımız ABŞ-dən sonra NATO-nun döyüşə ən hazır ordusu olacaq, alyansın şərq cinahı təlim və gücləndirilmədən sonra özünü daha təhlükəsiz hiss edəcək” - deyə Ukrayna rəsmisi qeyd edib.
Kulebanın sözlərinə görə, NATO-ya üzv ölkələr artıq Ukrayna ordusunun təcrübəsindən öyrənirlər.