22 İyul 23:11
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden “Fox News” kanalına qarşı məhkəmə iddiasından imtina edib.

Teleqraf.com xəbər verir ki, onun arzuolunmaz şəkillərini yaydığına görə media orqanını məhkəməyə verən H.Bayden 3 həftə sonra iddiasını geri götürüb. Prezidentin oğlunun vəkilləri onun qərarını şərh etmirlər. Məhkəmə işindən imtina Co Baydenin prezident seçkilərində iştirak etməyəcəyinə dair bəyanatı ilə eyni gündə baş verib.

Sözügedən şəkillər 2022-ci ildə “Fox Nation”də yayımlanmış “Hanter Baydenin məhkəməsi” filmində nümayiş olunub. Bunu qanun pozuntusu kimi qiymətləndirən Hanter Bayden Nyu-York şəhər məhkəməsinə müraciət edib. “Fox News” isə bu addımın tamamilə siyasi motivli olduğunu bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər