27 İyul 15:49
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dövlətlərinin Ukrayna ilə bağlı hazırkı mövqeyi Kremlə məhəl qoymamaq və Rusiyanın təslim olmasını gözləməkdir, bu isə baş tutmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

"Hər kəs bizi konstruktiv yanaşmaya çağırmaqda davam edir. Əslində, bu onların anlayışına uyğun baş verməyəcək. Xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Rusiya tərəfi öz mövqeyini min dəfə bəyan edib. Prezident Vladimir Putin isə zəhlətökən sorğulara cavab verərək, Zelenskinin iki il əvvəl imzaladığı fərmanla özünə və bütün işçilərinə danışıqlar aparmağı qadağan etdiyini dəfələrlə bildirib".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər