Bu ilin birinci yarısında Almaniyada işləmək üçün müraciət edən 80 mindən çox əcnəbiyə viza verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Viza alanların təxminən yarısı ixtisaslı kadrlardır. Ötən ilin eyni dövründə ixtisaslı işçilərə təxminən 37 min viza verilib.
Bununla belə işəgötürən təşkilatlar bu rəqəmi az hesab edir və ölkəyə daha çox işçi cəlb edilməsinin vacib olduğunu qeyd edirlər.