Rusiyanın Buryatiya regionunda daşqınlarla əlaqədar respublika səviyyəli fövqəladə rejim tətbiq edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə respublika hökumətinin teleqram kanalında məlumat verilib.
Rayon rəhbəri Aleksey Tsydenovun sözlərinə görə, daşqınlara qarşı mübarizəyə yol polisi əməkdaşları da cəlb olunub.