8 Avqust 20:36
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhkəmlənəsə bilsə, Ukrayna ələ keçirdiyi Rusiya ərazilərinin ilhaqına dair qərar verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun son addımları Kiyevin Moskva qarşısında mövqelərini gücləndirə bilər:

“Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu Moskva üçün gözlənilməz oldu. Bu hücum Rusiya kəşfiyyatının zəifliyini üzə çıxardı. Görünən budur ki, Ukrayna ordusu uzun müddət gizlicə bu əməliyyata hazırlaşıb. Məqsəd Rusiya qoşunlarının Donbasda intensiv irəliləyişini əngəlləmək və Rusiya qüvvələrini müxtəlif istiqamətlərdə parçalamağa nail olmaqdır.

Addımlar silsilə olmasa, Ukraynanın irəliləyişi və tutduğu ərazilərdə möhkəmlənməsi çətin ola bilər. Amma müqaviməti davam etdirərsə, yeni hücumları dəf edib tutduğu ərazilərdə məhkəmlənərsə, bu ərazilərin Ukraynaya birləşdirildiyinə dair açıqlama da gələ bilər.

Hesab edirəm ki, bundan sonra Ukraynanın Rusiya ərazisinə hücumu və raket zərbələri intensivləşəcək. Kiyev Rusiyanın sərhəd bölgələri ilə kifayətlənməyəcək. Növbəti həmlə Krıma desant qüvvələrinin çıxarılması ola bilər. Ukraynaya verilən F-16 təyyarələri, ATACMS və “Patriot” sistemləri Ukrayna hərbçilərinin Krıma gedən yolunu aça bilər. Rusiyanın Qara dənizdəki donanmasının zəifləməsi də Ukraynanın işinə yarayır.

Görünən budur ki, Ukrayna Rusiyaya qarşı genişmiqyaslı əməliyyat hazırlayıb. Rusiya ərazisinə hücum bu planın tərkib hissəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər