İsraili dəstəkləyənlər Qəzzada törədilən qətliamda ortaqdırlar.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İsrail mütləq dayandırılmalıdır. İsraili dəstəkləyənlər Qəzzada törədilən qətliamda ortaqdırlar. Türkiyə olaraq bölgədə sülh və əmin-amanlıq istəyirik. İsrail-Fələstin münaqişəsinin ədalətli ikidövlətli həllinə çalışırıq”, - xarici işlər naziri bildirib.