"Ukraynanın Kurska hucumu ABŞ və Böyuk Britaniya ilə razılaşdirilmış şəkildə həyata keçirilib, xüsusilə Britaniya hucumun təşkilində fəal rol oynayıb. Hücum Rusiyanın Donbas istiqamətində təzyiqini səngitmək və ona psixoloji təsir göstərmək, Ukrayna Silahli Quvvələrində özunə əminlik və inam hissi aşılamaq, Qərbdə bəlli dairələrə Ukraynanın hələ savaşmaq iqtidarında olduğunu numayiş etdirmək məqsədi ilə təşkil edilib".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Elşən Manafovun sözlərinə görə, Kurskda Kurçatov adına AES-i ələ keçirmək, Rusiyanı atom faktoru ilə təhdid edərək onun Qərb və Ukrayna üçün daha məqbul şərtlərlə danışıqlar masasına əyləşməsini təmin etmək hücumun əsas səbəblərindəndir:
"Rusiyanın cəbhədəki uğurları, Ukrayna ordusunda məğlubiyyət fonunda ruh düşkünlüyü rəsmi Kiyevdə danışıqlara getmək, hətta ərazi güzəştləri ilə bağlı sülh müqaviləsini imzalamaq məcburiyyəti formalaşdırmişdı ki, bunu Ukrayna başçısı Vladimir Zelenskinin açıqlamaları da sübut edirdi. İstanbulda olduğu kimi, bu dəfə də tərəflər arasında ehtimal olunan sülh danışıqlarını Böyük Britaniya pozdu və eskalasiyanın daha ağır formasına keçidə cəhd göstərildi.
Kurska hücum Rusiyanı xüsusi təyinatlı hərbi əməliyyatları müharibə ilə əvəzləməyə sövq etməyə hesablanıb, amma mövcud şəraitdə Putinin belə bir qərar qəbul edəcəyini düşünmürük".
Politoloq qeyd edib ki, Kurska hücum Rusiyanı Ukraynaya daha ağır və sarsıdıcı zərbələr endirmək məcburiyyəti qarşısında qoyacaq:
"Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin Kiyevin alınmasının Baş Qərərgah qarşısında vəzifə olaraq qoyulmasını vurğuladığı açıqlama da sübut edir. Rusiya aviasiyasının Ukrayna şəhərlərinə xalçavari zərbələr endirəcəyini istisna etmək olmaz".
Elşən Manafov hesab edir ki, hücumun qarşısını almaq üçün Rusiyanın kifayət qədər canlı qüvvəsi və texnikası var, Ukraynanın isə hücuma davam etmək üçün canlı qüvvəsi yetərli deyil.
Ekspert Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə maraqlı dövlətlər arasında mümkün məxfi danışıqlara da işarə vurub: "İstisna deyil ki, Qərb kəşfiyyatı Kurska hücumu Rusiya ilə Belarusiya arasında münasibətlərə şübhə toxumu səpmək üçün edib. Hər halda, Lukaşenko MDB dövlətlərini Rusiya ətrafında daha sıx birləşməyə çağırmış və qeyd etmişdi ki, Rusiyanın çökməsi ilə bu dövlətlər gerçək suverenliklərindən mərhum ola və Qərbin asılılığına düşə bilərlər.
Nəhayət, Britaniya və ABŞ-ni tələsməyə sövq edən digər vacib amil bu ilin noyabrında ABŞ-də baş tutacaq seçkilərdə "dərin dövlətçilər" üçün yad adam olan Donald Trampın ehtimali qələbəsidir. Tramp prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağını bəyan edib. Bu isə Avropa Birliyini belə narahat edir. Odur ki, Avropa Birliyinin özü də Trampın iqtidara gələcəyi halda baş verə biləcək hadisələrdən sığortalanmaq üçün yollar axtarır".